Almaniyanın DİN müavini - Almaniya tərəfindən Gürcüstanla vizasız rejiminin dayandırılması riski mövcud deyil
Almaniyanın DİN müavini - Almaniya tərəfindən Gürcüstanla vizasız rejiminin dayandırılması riski mövcud deyil

Gürcüstanın Daxili İşlər Nazirinin müavini Nino Cavaxadze hər il Konrad Adenauer fondunun təşkilatçılığı ilə keçirilən gürcü-alman strateji forumunda iştirak etdi.

Tədbir Almaniya Federal Respublikasının Berlin şəhəridə keçirildi.

Forum çərçivəsində, disskusiyalardan biri Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimi ilə bağlı idi.

Nino Cavaxadze forum iştirakçılarına Almaniya ilə vizasız rejim çərçivəsində yaranan problemlərin həlli üçün Gürcüstanın Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirləri tanıtdı.

Forumda alman tərəfini Daxili İşlər Naziri Ştefan Maier təqdim edirdi, hansı ki qeyd etdi ki, 2017-ci  ilin sonu üçün Gürcüstandan Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayı azaldı.

Ştefan Maier bəyan etdi ki, Gürcüstanla əməkdaşlıq nümunəvidir və Almaniya tərəfindən Gürcüstanla vizasız rejimin dayandırılması riskləri mövcud deyil.

Almaniyada keçirilən forum haqqında məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.