Almaniyada terorçu qruplaşma ilə əlaqədə şübhəli bilinən Türkiyə vətəndaşı yaxalanıb
Almaniyada terorçu qruplaşma ilə əlaqədə şübhəli bilinən Türkiyə vətəndaşı yaxalanıb

Almaniyada Türkiyə vətəndaşı yaxalanıb. O, terorçu qruplaşma ilə əlaqədə şübhəli bilinir. Məlumatı ölkənin Baş Prokurorluğu yayır.

İstintaqın məlumatına görə, yaxalanan 34 yaşlı Yunus B. 2013-cü ildə Almaniyadan öncə Türkiyəyə, sonra isə Suriyaya getdi.

İstintaqın versiyasına görə, Suriyada o, terrorçu qruplaşmasına üzv oldu və xüsusi təlimlərdən keçdi.

2013-cü ildə o, Türkiyəyə, sonra isə Almaniyaya yollandı.