Almaniyada son bir gün ərzində koronavirusun 249 yeni halı aşkar edildi
Almaniyada son bir gün ərzində koronavirusun 249 yeni halı aşkar edildi

Almaniyada son bir gün ərzində koronavirusun 249 yeni halı qeydə alındı. Robert Kox İnstitutunun göstəriciləri ilə, koronavirusun ölkədə aşkar edilən halları 202 minə çatır. Məlumatı “Reuters” yayır.

Ölkədə son 24 saat ərzində virusdan iki pasiyent vəfat etdi. Ümumilikdə isə, Almaniyada virus nəticəsində vəfat edənlərin sayı 9 086-dır.