Almaniyada son 24 saat ərzində koronavirusun 9 549 yeni halı aşkar edildi
Almaniyada son 24 saat ərzində koronavirusun 9 549 yeni halı aşkar edildi

Almaniyada son bir gün ərzində koronavirusun 9 549 yeni halı qeydə alındı.

Məlumatı media Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 180 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın iki milyon 790 mindən artıq halı qeydə alınıb, 76 093 pasiyent vəfat edib.