Almaniyada son 24 saat ərzində koronavirusun 13 733 yeni halı aşkar edildi
Almaniyada son 24 saat ərzində koronavirusun 13 733 yeni halı aşkar edildi

Almaniyada son bir gün ərzində koronavirusun 13 733 yeni halı qeydə alındı.

Məlumatı media Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 99 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 2 659 516 halı qeydə alınıb, 74 664 pasiyent vəfat edib.