Almaniyada son 24 saat ərzində koronavirusun 1 499 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Almaniyada son 24 saat ərzində koronavirusun 1 499 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi

Almaniyada koronavirusun təsdiq olunmuş hallarının sayı 1 499 ilə artdı. Son bir gün ərzində üç pasiyent vəfat etdi.

Məlumatı “Qardian” Robert Kox İnstitutuna istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər Almaniyada virus 252 298 insanda təsdiq olunub, 9 329 pasiyent vəfat edib.