Almaniyada sığınacaq axtaranlar üçün qanun sərtləşir
Almaniyada sığınacaq axtaranlar üçün qanun sərtləşir

Almaniyanın Ali Qanunverici orqanı sığınacaq axtaranlar üçün qanunu sərtləşdirir.

Bu barədə bəyanatı Deutsche Welle verir.

Məlum olduğu kimi, ölkədə sığınacaq istəyən qaçqınların müraciətləri və ərizələri bundan sonra iki dəfə yoxlanacaq.

Ümumilikdə, 2020-ci ilə qədər 800 min qaçqının ərizəsi yenidən gözdən keçiriləcək.

Müvafiq qanunlayihəyi Bundestaq noyabrın 8-də qəbul etdi və onu “Almaniya üçün alternativ” adlı sağçı populist partiyası dəstəklədi.

Emiqrasiya qanununun sərtləşdirilməsi təşəbbüsünü isə, Solçu partiyası və “Yaşıllar partiyası” irəli sürdülər.

2015-2016-cı illərdə, Avropadaki iqtisadi krizis dövründə, qaçqın statusunun verilməsi çox asan bir prosedur idi. Ona görə də 2020-ci ilə qədər Almaniya iqtidarı 800 min nəfərin qaçqın statusunu yenidən detallı şəkildə yoxlayacaq.