Almaniyada koronavirusun yayılması göstəricisi 20 faizlə artdı
Almaniyada koronavirusun yayılması göstəricisi 20 faizlə artdı

Robert Kox İnstitutunun göstəricilərilə, ötən bir həftə ərzində Almaniyada koronavirusun yayılması göstəricisi 20 faizlə artdı.

“Biz həqiqətən üçüncü dalğanın başlanğıcındayıq. Bu artıq mübahisıli deyil. Hazırda biz məhdudiyyətləri yüngülləşdirmişik və bu artımı sürətləndirir”, – Robert Kox İnstitutunun epidemioloqu, Dirk Brokman alman jurnalistlərinə bəyan etdi.

Almaniyada son bir gün ərzində koronavirusun 5 480  yeni halı qeydə alındı. Məlumatı media Robert Kox İnstitutuna istinad edərək yayır.

Ölkədə son 24 saat ərzində virusdan 239 pasiyent vəfat etdi. Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın iki milyon 581 mindən halı qeydə alınıb, 73 656 pasiyent vəfat edib.