Almaniyada koronavirusun 22 771 yeni halı qeydə alındı, 409 pasiyent vəfat etdi
Almaniyada koronavirusun 22 771 yeni halı qeydə alındı, 409 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 22 771 yeni halı qeydə alındı.

Məlumatı “Qardian” nəşri Robert Kox İnstitutuna istinad edərək yayır.

Ölkədə son 24 saat ərzində virusdan 409 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın bir milyon 494 mindən artıq halı qeydə alınıb, 26 409 pasiyent vəfat edib.