Almaniyada koronavirusun 16 946 yeni halı qeydə alındı, 465 pasiyent vəfat etdi
Almaniyada koronavirusun 16 946 yeni halı qeydə alındı, 465 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 16 946 yeni halı qeydə alındı.

Məlumatı “Reuters” agentliyi Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 465 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 1 908 527 halı qeydə alınıb, 40 303 pasiyent vəfat edib.