Almaniyada koronavirusun 13 544 yeni halı aşkar edildi
Almaniyada koronavirusun 13 544 yeni halı aşkar edildi

Almaniyada son bir gün ərzində koronavirusun 13 544 yeni halı aşkar edildi və virusdan 249 insan vəfat etdi.

Məlumatı Robert Kox İnstitutunun göstəricilərinə istinad edərək “Qardian” nəşri yayır.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 942 687 halı qeydə alınıb, 14 361 pasiyent vəfat edib.