Almaniyada koronavirusun 12 892 yeni halı qeydə alındı, 852 pasiyent vəfat etdi
Almaniyada koronavirusun 12 892 yeni halı qeydə alındı, 852 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 12 892 yeni halı qeydə alındı.

Məlumatı “Qardian” nəşri Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 852 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 1 664 000-dən artıq halı qeydə alınıb, 30 978 pasiyent vəfat edib.