Almaniyada koronavirusun 11 409 yeni halı aşkar edildi
Almaniyada koronavirusun 11 409 yeni halı aşkar edildi

Almaniyada koronavirusun 11 409 yeni halı aşkar edildi. Məlumatı Robert Kox İnstitutu yayır. Son bir gün ərzində 42 insan vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 449 275 halı qeydə alınıb, 10 098 pasiyent vəfat edib.

“Qardianın” yazdığına görə, Almaniya kansleri həmkarlarına xəbərdarlıq verdi ki, ölkədə epidemioloji durum çətindir və onun nəzarətdən çıxması mümkündür.

Koronavirusun ikinci dalğasına görə, Almaniya hökuməti məhdudiyyətlərin sərtləşdirilməsini istisna etmir.