Almaniyada koronavirusla ölümün ilk halları qeydə alındı
Almaniyada koronavirusla ölümün ilk halları qeydə alındı

Almaniyada koronavirusla ölümün ilk iki halı qeydə alındı. Bu barədə məlumatı “Doyçe Velle” yayır. Koronavirusdan bir insan Haysberq, ikincisi isə, Essen şəhərində həlak oldu.

Məlumdur ki, Essen şəhərində virus nəticəsində həlak olan 89 yaşlı qadındır. Onun bir neçə kliniki xəstəliyi var idi.

Haynsberqdə isə, koronavirusun qurbanı 78 yaşlı kişi oldu. Onun ürək çatışmamazlığı və diabeti var idi.

9 mart göstəriciləri ilə, Almaniyada koronavirusa yoluxanların sayı 1000-dən artıqdır.