Almaniya Xarici İşlər Nazirliyi - Avropa İttifaqında bizim müttəfiqlərimiz kimi, işğal olunmuş Abxaziyada keçirilən üzdəniraq prezident seçkilərinin nə konstitusiya və nə də hüquqi çərçivəsini tanımırıq

Almaniya Federal hökuməti suverenlik və ərazi bütövlüyünə aid olan məsələlərdə Gürcüstanla birlikdə durur, – bu barədə məlumatı Almaniya Xarici İşlər Nazirliyi yayır.

“Avropa İttifaqında bizim müttəfiqlərimiz kimi, işğal olunmuş Abxaziyada, avqustun 25-də keçirilən üzdəniraq prezident seçkilərinin nə konstitusiya və nə də hüquqi çərçivəsini tanımırıq. Biz bu “seçkiləri” və onun nəticələrini qanunsuz hesab edirik”, – Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkiləri avqustun 25-də keçirildi. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparırdı, o cümlədən indiki prezident Raul Xacimba”. İkinci turda Raul Xacimba və Alxas Kvisiniya qarşılaşacaqlar. İşğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkilərinin ikinci turu sentyabrın 8-də keçiriləcək.