Almaniya, Koreya, İran, İordaniya və Çexiya birinci diplomatları David Zalkalianini vəzifəyə yenidən təyin edilməsi münasibətilə təbrik edirlər
Almaniya, Koreya, İran, İordaniya və Çexiya birinci diplomatları David Zalkalianini vəzifəyə yenidən təyin edilməsi münasibətilə təbrik edirlər

Almaniya, Koreya, İran, İordaniya və Çexiya birinci diplomatları David Zalkalianini Xarici İşlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibətilə təbrik edirlər. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

“Ölkələrimiz arasında artıq çox illərdir sıx əməkdaşlıq yaranıb, necə ikitərəfli, eləcə də “Şərq Partnyorluğu” çərçivəsində. Almaniya demokratik islahatların həyata keçirilməsində və ərazi bütövlüyü yolunda Gürcüstana dəstəyini yenə də davam etdirəcək”, – Almaniya Xarici İşlər naziri, Hayko Maasın məktubunda deyilir.

Çexiya Respublikası Xarici İşlər naziri, Tomas Petriçekin bəyan etdiyinə görə, Çexiya demokratik islahatların həyata keçirilməsində və ölkənin Avropa və Avroatlantik strukturlarına inteqrasiyası seçimini yenə də dəstəkləyəcək.

Koreya Respublikası Xarici İşlər naziri, Kanq Kunq Hva təbrik məktubunda ümidvar olduğunu ifadə edir ki, iki ölkə arasında ümumi maraqları nəzərə alaraq əməkdaşlıq gücləndiriləcək, xüsusislə də pandemiya ilə əmələ gələn nəzərə alınmamış durum zamanı.

İran Xarici İşlər naziri, Mohamad Cavad Zarif ümid edir ki, iki ölkə lideri və Xarici İşlər Nazirlikləri səyləri nəticəsində, İran İslam Respublikası və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq daha da dərinləşdiriləcək.

İordaniya Xarici İşlər naziri, Ayman Safadi də iki ölkə arasında məhsuldar əməkdaşlığın dərinləşdirilməsini gözləyir.