Almaniya kansleri və Rusiya prezidenti telefonla söhbət etdilər
Almaniya kansleri və Rusiya prezidenti telefonla söhbət etdilər

Almaniya kansleri və Rusiya prezidentinin telefon söhbəti baş tutdu.

Yayılan məlumata görə, Anqela Merkel və Vladimir Putin arasında söhbətin əsas mövzusu Normandiya Dördlüyünün görüşü üçün hazırlıq idi. Söhbət zamanı Almaniya kansleri qeyd etdi ki, Ukraynanın qərb bölgəsində sülh üçün Minsk razılaşmasının bütün maddələrinin yerinə yetirilməsi vacibdir.

Bundan başqa onlar Suriya, Liviya və təbii qaz məsələləri barəsində söhbət etdilər.

Almaniya kansleri Anqela Merkel bir neçə gün bundan əvvəl, telefonla Ukrayna prezidenti Vladimer Zelenki ilə söhbət etdi.

Şərh yaz