Almaniya Gürcüstan və Ermənistanı təhlükəsiz ölkələr kimi tanımağı planlaşdırır
Almaniya Gürcüstan və Ermənistanı təhlükəsiz ölkələr kimi tanımağı planlaşdırır

Almaniya Gürcüstan və Ermənistanı təhlükəsiz ölkələr kimi tanımağı planlaşdırır ki, sığınacağın verilməsi barəsində ərizələrin müzakirə edilməsi prossesi tezləşdirilsin. Bu barədə Almaniya Daxili İşlər naziri Xorst Zeexofer bəyan etdi.

Almaniya Daxili İşlər Nazirliyinin mətbuat katibinin bəyan etdiyinə görə, Gürcüstan və Ermənistandan sığınacaq axtaranların miqdarı yüksəkdir, lakin müsbət cavabını onlardan yalnız kiçik hissəsi alır.

Almaniya Miqrasiya və Qaçqınlar Federal İdarəsi göstəricilərinə görə, 2017-ci ildə Almaniyaya sığınacaq tələbi ilə Gürcüstandan 3462, Ermənistandan 3857 vətəndaş müraciət etdi.