Almaniya Federativ Respublikasının prezidentinin Gürcüstana səfəri başladı
Almaniya Federativ Respublikasının prezidentinin Gürcüstana səfəri başladı

Almaniya Federativ Respublikasının prezidenti, Frank Valter Ştaynmayerin Gürcüstana səfəri başladı.

Almaniya prezidentinin təyyarəsi artıq Tbilisi Beynəlxalq Aeroportuna endi. Onu aeroportda Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani qarşıladı.

Frank Valter Ştaynmayer Gürcüstana həyat yoldaşı, Elke Büdenbender ilə birlikdə gəldi.

Almaniya prezidenti rəsmi görüşlərə sabahdan başlayacaq.

Onun rəsmi qarşılama mərasimi Prezident Sarayında keçiriləcək. Burada prezidentlər təkbətək və genişləndirilmiş formatda görüşlər keçirəcəklər.

Gürcüstan və Almaniya prezidentləri media üçün birgə bəyanatlar verəcəklər.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, rəsmi səfər çərçivəsində, Frank Valter Ştaynmayer Gürcüstanın baş naziri, Parlamentin sədri, Katalikos Patriarx və həmçinin biznesmenlər ilə görüşəcək.