Alman mətbuatı - Qafqaza Angela Merkelin səfərini Moskva maraqla izləyir
Alman mətbuatı - Qafqaza Angela Merkelin səfərini Moskva maraqla izləyir

Angela Merkelin Gürcüstana, Ermənistana və Azərbaycana səfəri haqqında alman mətbuatı yazır və siyasi məsələlərdən başqa diqqəti iqtisadi məsələlərə yetirir.

Frankfurter Allgemeine Zeitung yazır ki, Gürcüstan iqtisadiyyatı modernizasiya ilə fərqlənir və onda illik 4%-dən artıq iqtisadi artım müşahidə olunur.

Süddeutsche Zeitung -un məqaləsində deyilir ki, Gürcüstan Avropa üçün açıqdır və azad ticarət haqqında razılaşma da artıq formalaşdırılıb.

“Görünür ki, iqtisadi baxımından bu kurs işə yaradı, çünki ölkədə 2018-ci ildə 4,5%-lik iqtisadi artım müşahidə olundu” – deyilir məqalədə.

Bununla yanaşı məqalənin müəllifi yazır ki, məhz Merkel, 2008-ci ildə, Buxarest sammitində, ABŞ-ın sabiq prezidenti Corc Buşun israrlı tələbinə rəğmən, Gürcüstanın və Ukraynanın qərblə daha çox yaxınlaşmasına mane olmuşdu.

“Bunlardan sonra, NATO ilə bağlı açıq qapı siyasəti qüvvəyə mindi. Gürcüstana həmrəyliyini isə, Angela Merkel Abxaziya və Cənubi Osetiyada həlak olan qəhramanlar memorialına əklil qoyaraq bildirəcək” – deyilir Süddeutsche Zeitung-un məqaləsində.

Saarbrücker Zeitung yazır ki, Merkelin Azərbaycana səfəri zamanı Avropanın gələcək qaz təminatı məsələsi müzakirə ediləcək. Belə ki, Avropanın təbii qazla təminatı Rusiyadan asılı olmayacaq.

Angela Merkel Gürcüstana iki günlük rəsmi səfərlə bugün gəlir. Gürcüstanda sonra isə, Almaniya Kansleri Azərbaycana və Ermənistana gedəcək.