Ali Ədliyyə Şurası bu gün iclas keçirəcək
Ali Ədliyyə Şurası bu gün iclas keçirəcək

Ali Ədliyyə Şurası bu gün, saat 11:00-da iclas keçirəcək. İclasda şura üzvləri gündəm ilə nəzərdə tutulmuş doqquz məsələni müzakirə edəcəklər. O cümlədən, Tbilisi Apellyasiya Məhkəməsi sədri müaninin təyin edilməsi məsələsi var. Məsələ gündəmə hələ bir neçə ay bundan əvvəl düşdü, lakin Ali Məhkəmə hakimliyinə namizədlərlə söhbətləşməyə görə, iclas keçirilməyib.

Tbilisi Apellyasiya Məhkəməsi sədri vəzifəsini yerinə yetirən bu gün şuranın hazırkı üzvü, İrakli Şengeliyadır. Məhz elə buna görə, İrakli Şengeliyanın özü məsələni irali sürdü ki, şuranın vəzifəsini yerinə yetirənin vəzifəsinə namizədin seçilməsi baş versin.

İclasdan sonra, saat 14:00-da Ali Məhkəmə hakimliyinə bir namizədlə, Qoça Ceyranaşvili ilə söhbətləşmə baş verəcək. Ali Ədliyyə Şurasında Ali Məhkəmə hakimliyinə namizədlərlə söhbətləşmə iyulun 17-də başladı və demək olar bir ay davam edirdi.