Alqeti-Paravani yolu hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Alqeti-Paravani yolu hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv qara görə, Koda-Parsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun km43-km110 (Alqeti-Paravani) hissəsində yedəkli, yarım-yedəkli avtonəqliyyatın və 30-dan artıq yeri olan avtobusun hərəkəti qadağandır.

İdarənin məlumatına görə, yolun başqa hissələrində avtonəqliyyatın hərəkəti sərbəstdir.