Aleksey Navalnını Moskvanın "Şeremetyevo" aeroportunda yaxaladılar
Aleksey Navalnını Moskvanın "Şeremetyevo" aeroportunda yaxaladılar

Müxalifətçi Aleksey Navalnını hüquqmühafizəçilər Moskvanın “Şeremetyevo” aeroportunda yaxaladılar.

“BBC”-nin rus nəşri yazır ki, poliş işçiləri Navalnını passport nəzarətini keçdiyi zaman yaxaladılar. Bununla yanaşı, Aleksey Navalnının yaxalanmasını əks etdirən video da yayılır. Rus müxalifətçisi Moskvaya Almaniyadan az öncə qayıtdı.

Göyərtəsində Aleksey Navalnının olduğu təyyarə Moskvanın “Şeremetyevo” aeroportuna endi. Ona qədər isə, məlumat yayılırdı ki, təyyarə “Vnukovo” aeroportuna enməli idi.

Medianın məlumatına görə, dəyişikliyə səbəb “Vnukovo” aeroportunda qarı təmizləyən cihazın zədələnməsi oldu və eniş cığırı bağlandı.

Az sonra  həmçinin məlumat yayıldı ki, Navalnının göyərtəsində olduğu təyyarə “Şeremetyevo” aeroportuna endikdən sonra, “Vnukovo” aeroportu başqa təyyarələrin qəbulu üçün açıldı.