Aleksandre Xvtisiaşvili - Səfirliklərimiz koronavirusun yayıldığı ölkələrdə Gürcüstan vətəndaşları ilə daimi əlaqədədirlər
Aleksandre Xvtisiaşvili - Səfirliklərimiz koronavirusun yayıldığı ölkələrdə Gürcüstan vətəndaşları ilə daimi əlaqədədirlər

Gürcüstan Səfirlikləri daimi rejimdə müxtəlif ölkələrdə koronavirus ilə bağlı durum barədə məlumat toplayırlar, – bu barədə Gürcüstan Xarici İşlər naziri müavini, Aleksandre Xvtisiaşvili bəyan etdi.

Onun dediyinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi baş nazir, Girogi Qaxariyanın tapşırığı ilə yaradılan koordinasiya şurası işinə fəal qatılıbdır.

“Səfirliklərimiz koronavirusun yayıldığı ölkələrdə Gürcüstan vətəndaşları ilə daimi əlaqədədirlər, daimi rejimdə müxtəlif ölkələrdə koronavirus ilə bağlı durum barədə məlumat toplayırlar. Məlumatı hər gün Tbilisiyə ötürürlər. Burada məlumatlar toplanır, müvafiq forma verilir və koordinasiya şurası üzvlərinə çatdırılır. Qaynar xətt də mövcuddur ki, Gürcüstan vətəndaşları əlaqə saxlaya və müvafiq məlumat ala bilərlər”, –  Aleksandre Xvtisiaşvili  bəyan etdi.