Aleko Elisaşvili - tam məsuliyyətlə deyirəm ki, İveri Melaşvilinin və Nataliya İloçovanın azad edilməsi danışıqların nəticəsidir
Aleko Elisaşvili - tam məsuliyyətlə deyirəm ki, İveri Melaşvilinin və Nataliya İloçovanın azad edilməsi danışıqların nəticəsidir

“Vətəndaşlar” partiyasının lideri, Aleko Elisaşvili David Qareci işi üzrə müttəhimlər, İveri Melaşvilinin və Nataliya İloçovanın girov əvəzinə azad edilmələrini təbrik edir. Bu barədə Elisaşvili sosial şəbəkədə yazır.

“İveri Melaşvilinin və Nataliya İloçovanın ailə üzvlərini və şəxsən onları azad olunmaları münasibətilə təbrik edirəm. Çox, çox sevinirəm. Dövlətin insanları yalandan həbs etidiyi pisdir, lakin yaxşıdır ki, “Gürcü Arzusu” ağıla gəldi və onları azad etdi. Tam məsuliyyətlə deyirəm ki, İveri Melaşvilinin və Nataliya İloçovanın azad edilməsi danışıqların nəticəsidir. Bəli, danışıqlar verdi bu nəticəni və bu yaxşıdır. Bu danışıqların davam etdirilməsi və tərəflər arasında etimadın bərpa olunması üçün addımdır. Bu günki kimi ,nadir hallardan sevinmişəm”, – Aleko Elisaşvili yazır.

David Qareci işi üzrə müttəhimlər, İveri Melaşvili və Nataliya İloçova girov əvəzində azad edildilər. Girov miqdarı hər biri üçün 20 000 larini təşkil edir.