Aleko Elisaşvili - Prezident "inzibati məcəllədəki" dəyişikliklərlə bağlı öz mövqeyini bildirməyib, o sadəcə olaraq, bizim fikrimizi öyrənmək istəyirdi
Aleko Elisaşvili - Prezident "inzibati məcəllədəki" dəyişikliklərlə bağlı öz mövqeyini bildirməyib, o sadəcə olaraq, bizim fikrimizi öyrənmək istəyirdi

Prezidentlə dünən bizim partiyamızdan Levan İoseliani görüşdü. Komunikasiya prezident administrasiyasından idi. Prezident inzibati hüquqpozuntular məcəlləsindəki dəyişiklikləri nəyə görə dəstəkləmədiyimiz ilə maraqlandı, hansı ki, xüsusi ilə cərimələrin artması ilə bağlı idi, – bu bəyanatı “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili verdi.

Onun dediyinə görə, prezident görüş zamanı öz mövqeyini bildirməyib.

“Levan İoseliani Salome Zurabişviliyə bizim arumentlərimizi təqdim etdi və bildirdi ki, bu dəyişikliklər hüquqların qorunması baxımından geri salan bir addımdır.

Dəyişikliklərə prezident veto qoyacaq mı bilmirik, ancaq faktdır ki, o məsələ ilə bağlı müxtəlif siyasi qüvvələrlə məsləhətləşmələr aparır və onların fikrini nəzərə alır. Belə olduğu halda, görünür ki, o veto qoymağı düşünür”, – dedi Aleko Elisaşvili.