Aleko Elisaşvili - partiyaların hamısı Parlamentə daxil olmaq istəyirlər, indi axtarırlar ki, öz söz və ritorika əsirliyindən necə çıxsınlar
Aleko Elisaşvili - partiyaların hamısı Parlamentə daxil olmaq istəyirlər, indi axtarırlar ki, öz söz və ritorika əsirliyindən necə çıxsınlar

Tam məsuliyyətlə sizə deyirəm ki, ümumilikdə, partiyaların hamısı Parlamentə daxil olmaq istəyirlər, indi axtarırlar ki, öz söz və ritorika əsirliyindən necə çıxsınlar, – bu barədə Aleko Elisaşvili “Qirçi” partiyasının ofisində keçirilən görüşdən sonra jurnalistlərə bəyan etdi.

Elisaşvilinin dediyinə görə, bazar günü “Strategiya Ağmaşenebeli” partiyasının lideri, Giorgi Vaşadze ilə görüş olacaq. Həmçinin yaxın zamanlarda “Lelo” ilə görüşəcəklər. Sonra isə, geridə qalan müxalifət spektri ilə görüş olacaq ki, “Qirçi” ofisində müzakirə etdikləri ilə onları tanış etsinlər.

“İstənilənə öz ritorikası əsirliyində çıxmağa yardım edəcəyik. Bunu zarafatsız, səmimi olaraq deyirəm. Ölkə böhranda, çox ağır vəziyyətdədir. Vaxt itirməməliyik, bir-birimizi əmin etməliyik. Biz və “Qirçiyə” bir-birimizi əmin etmək lazım gəlmir, biz başqalarını dinləməyə hazırıq, başqalarını da əmin edək ki, bu təklif mükəmməl təklifdir”, – Aleko Elisaşvili qeyd etdi.