Aleko Elisaşvili - dinc, təşkil olunmuş şəkildə gedək, dincələk və sabah saat altıda, Rustavelidə göstərək ki, bunlardan heç kim qorxmur
Aleko Elisaşvili - dinc, təşkil olunmuş şəkildə gedək, dincələk və sabah saat altıda, Rustavelidə göstərək ki, bunlardan heç kim qorxmur

“Vətəndaşlar” partiyasının lideri, Aleko Elisaşvilinin bəyan etdiyinə görə, aksiya iştirakçıları Mərkəzi Seçki Komissiyası binası qarşısında bu gün dağılırlar və sabah saat altıda, Rustaveli prospektində toplaşırlar.

“Hamıya göstərdik ki, kişiliyimiz var, indi göstərməliyik ki, Gürcüstanı sevirik və onlardan fərqli olaraq, onların da qayğısına, özümüzün də qayğısına qalırıq. Burada hamı yaşdır. İndi dağılmasaq mübarizə üçün sabah heç birimiz olmayacağıq. Sakit, rahat, təşkil olunmuş halda, gürcülərə yaraşan kimi, gedək, dincələk və sabah saat altıda, Rustavelidə göstərək ki, bunlardan heç kim qorxmur. Biz doğruyuq və biz qalib gələcəyik, eşq olsun Gürcüstana”, – Elisaşvili bəyan etdi.