Aleko Elisaşvili - bir tərəfdən boykot elan etmiş olasan və ikinci tərəfdən maliyyələşdirməyə ərizə doldurasan, çox anlaşılmazdır

Bir tərəfdən boykot elan etmiş olasan və ikinci tərəfdən maliyyələşdirməyə ərizə doldurasan, çox anlaşılmazdır, – “Vətəndaşlar” partiyasının lideri, Aleko Elisaşvili büdcə maliyyələşdirilməsinin alınması məqsədilə, doqquz partiyanın Mərkəzi Seçki Komissiyasına müraciət etməsinə bu cür əks səda verdi.

Elisaşvilinin dediyinə görə, onun bu barədə məlumatı yox idi.

“Bu mənim üçün biraz qəribə səslənir. Sözün düzünü desəm, bir tərəfdən boykot elan etmiş olasan və ikinci tərəfdən maliyyələşdirməyə ərizə doldurasan, çox anlaşılmazdır və bu odur ki, bizi başqalarından fərqləndirir. Biz bu boykotu dəyişmirik, lakin ümid edirik ki, razılaşma baş verəcək, “Gürcü Arzusu” ağlabatan addım atacaq. Lakin indi, həm deyirik ki, bokot etmişik və həm bunu edirik, çox qəribədir. Səzün düzünü desəm, bunu birinci dəfə sizdən eşidirəm”, – Elisaşvili bəyan etdi.

Büdcə maliyyələşdirilməsinin alınması məqsədilə, doqquz partiya Mərkəzi Seçki Komissiyasına müraciət etdi, onlar arasında Parlamentə daxil olmaqdan imtina edən və boykot rejimində olan partiyalar da var.