Alan Vudvord - Gürcüstanda həyata keçirilən miqyaslı kiberhücumun bənzərini hələ görməmişik
Alan Vudvord - Gürcüstanda həyata keçirilən miqyaslı kiberhücumun bənzərini hələ görməmişik

Gürcüstanda həyata keçirilən miqyaslı kiberhücumun bənzərini hələ görməmişik, – bu barədə “BBC” teleşirkəti ilə müsahibəsində kibertəhlükəsizlik eksperti, Surey Universitetinin professoru Alan Vudvord bəyan etdi.

“Hücumun miqyası və hədəfləri bizə əsas verir müəyyən edək ki, onun başqa ölkə tərəfindən maliyyələşdirilməsi mümkündür”, – Vudvord deyir.

Gürcüstanda miqyaslı kiberhücum dünən həyata keçirildi. Yüzlərcə saytda, o cümlədən Gürcüstanın Birinci Kanalının vebportalında və daxili şəbəkəsində problemlər yarandı. Müvəqqəti olaraq Gürcüstan Radiosu yayımçılığı əngəllərlə işləyirdi. Həmçinin bir neçə televiziya və müxtəlif vebportallar işləmirdi.

Dünən səhərdən kiberhücum bir neçə gürcü vebsəhifəsində, o cümlədən, Gürcüstan prezidenti administrasiyasının vebsəhifəsində həyata keçirildi. Vebsəhifəni açdıqda keçmiş prezident, Mixail Saakaşvilinin fotoso yazı ilə – mən geri gələcəm (I’ll be back) çıxdı.

Gürcüstan Daxili İşlər Nazirliyi qeyd olunanlar üzrə istintaqa GCM-nin 284-cü və 286-cı maddələri ilə istintaqa başladı.