Aksiya zamanı həbs edilən şəxslər inzibati həbs cəzasından azad edildilər və məsələnin müzakirəsi sabah davam edəcək
Aksiya zamanı həbs edilən şəxslər inzibati həbs cəzasından azad edildilər və məsələnin müzakirəsi sabah davam edəcək

Tbilisi Şəhər Məhkəməsinin hakimi Valerian Pilişvilinin qərarı ilə, noyabrın 18-də keçirilən etiraz aksiyası zamanı həbs edilən 36 nəfər inzibati cəza tədbirlərindən azad olundu.

Onların işinin müzakirəsinə məhkəmə noyabrın 20-də, 13:00-da davam edəcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 18-də, parlament binasının yanında keçirilən aksiya zamanı “inzibati hüquq pozuntuları məcəlləsinin 173-cü və 166-cı maddələrinə (xuliqandlıq) əsasən, 37 nəfər həbs edilmişdi.