Aksiya iştirakçıları MSK binası qarşısında ocaq qaladılar (foto)
Aksiya iştirakçıları MSK binası qarşısında ocaq qaladılar (foto)

Aksiya iştirakçıları Mərkəzi Seçki Komissiyası binası qarşısında bir neçə yerdə ocaq qaladılar.

Aksiya iştirakçılarının bəyan etdiyinə görə, onlar bu gün Mərkəzi Seçki Komissiyası binası qarşısında qalacaqlar və müvafiq olaraq, soyuq havaya görə, yerində ocağın qalanması qərarını verdilər.

MSK qarşısında aksiya davam edir. Müxalif partiya liderləri də oradadılar.

Aksiya iştirakçıları Parlamentin həndəvər ərazisindən Mərkəzi Seçki Komissiyası binası qarşısına axşam keçdilər. Onlar dəmir bəndlər və polis kordonunu yarıb keçməyə cəhd etdilər. Nəticədə polis su təziqindən istifadə etdi.