Axtarışda olananın təslim olunması barəsində DİN məlumat yayır (video)

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci il dekabrın 1-də Tbilisidə, Xorava küçəsində qətl törətməkdə təqsirləndirilən, ikinci həddi büluğa çatmayan – Q.C. istintaqa təslim oldu.

“Qeyd olunasıdır ki, Tbilisi Şəhər Məhkəməsi Xorava küçəsində qətldə ittiham olunan həddi büluğa çatmayanlara qarşı həbs qətimkan tədbirini seçdi. İstintaqın bu mərhələsində Daxili İşlər Nazirliyi qətlin iki əsas fiqurantını yaxalayıb. Həmçinin cinayətdə iştirak edən başqa şəxslər cinayət məsuliyyətinə cəlb olunublar. İşə qatılmış başqa şəxslərin stutusunun müəyyənləşdirilməsi/dəyişirilməsi üzrə istintaq davam edir.

Xüsusi ilə qeyd edirik ki, istintaq prossesində hər bir hüquqmühafizəçi tərəfindən işin sensitivliyi nəzərə alınmışdı. Daxili İşlər Nazirliyi hər bir polis işçisinə minnətdarlığını bildirir. Onların 24 saatlıq intesiv işləri istintaqı və ittiham olunanların yaxalanmasını təmin etdi.

 

Daxili İşlər Nazirliyi, yeniyetmələrin həlak olmasına görə bir daha kədərləndiyini ifadə edir və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir.

Daxili İşlər Nazirliyi, Təhsil və Elm Nazirliyi, digər dövlət idarələri, beynəlxalq və yerli QHT-lərlə birlikdə, bütün ictimaiyyətlə birlikdə, gənclər arasında cinayətkarlığın qarşısının alınması siyasətinin yürüdülməsində fəal şəkildə işləyəcəkdir ki, gələcəkdə bu cür faciə təkrar olunmasın”, – DİN-in məlumatında deyilir.