Axaltsixedə təbii qazdan beş nəfər zəhərləndi
Axaltsixedə təbii qazdan beş nəfər zəhərləndi

Axaltsixedə təbii qazla beş nəfər zəhərləndi.

Hadisə bugün Rustaveli küçəsində baş verdi.

Bir ailənin beş üzvünü tibbi yardım qrupu Axaltsize Referal Xəstəxanasına apardı.

Xəstəxananın meneceri Revaz Kuçuxidze bəyan edir ki, pasientlərə gərəkən tibbi yardım edildi və vəziyyətləri müalicəyə tabedir.

“Ailəni ən kiçik üzvü 5 yaşındadır, o özünü yaxşı hiss edir və vəziyyəti stabildir” – deyir Tenqiz Kuçuxidze.

Həkim Maia Kutiaşvilinin bəyanatına görə, təcili tibbi yardımı qonşular çağırıblar.

“Qonşunun dediyinə görə, qazla zəhərlənənlərin bəzisi yerə, bəzisi divana yıxılmışdı və çox halsız ididlər. Uşaq digər otaqda idi və onu ordan tam vaxtında çıxartdılar” – dedi Maia Kutiaşvili.