Axalsixenin girişində 100-ə qədər trayler dayanıb

Güclü qar və buza görə, Xaşuri-Axalsixe-Vale avtomobil yolunda hərəkət məhdudlaşdırılıb. Birinci Kanalının jurnalistinin verdiyi məlumata görə, Axalsixenin girişində 100-ə qədər trayler dayanıb.

Sürücülərin Birinci Kanala bildirdiyinə görə, polis onların təhlükəsizliyi üçün hərəkəti qadağan edib və yollar açılanda icazə veriləcəkdir.

Yol Departamentinin məlumatına görə, güclü qar və buza görə, beynəlxalq əhəmiyyətli, Xaşuri-Axalsixe-Vale (Türkiyə sərhədi) avtomobil yolunun km30-km96 hissəsində, yedəkli, yarım yedəkli və 30-dan artıq yeri olan avtobuslara hərəkət məhdudlaşdırılıb.

İdarənin məlumatına görə, yolun başqa hissələrinə yollar açıqdır.