Axalsixe-Ninosminda və Xaşuri-Axalsixe-Vale yollarında hərəkət bərpa olundu
Axalsixe-Ninosminda və Xaşuri-Axalsixe-Vale yollarında hərəkət bərpa olundu

Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində, Axalsixe-Ninosminda (Ermənistan Respublikası sərhədi) beynəlxalq əhəmiyyətli yolun km1-km112 hissəsində və Xaşuri-Axalsixe-Vale (Türkiyə Respublikasının sərhədi) beynəlxalq əhəmiyyətli yolun km51-km96 hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti azaddır.

Xatırladaq ki, bu gün səhər, çoxlu qarın yağması səbəbindən, Axalsixe-Ninosminda beynəlxalq əhəmiyyətli yolun km1-km112 hissəsində və Xaşuri-Axalsixe-Vale beynəlxalq əhəmiyyətli yolun km51-km96 hissəsində yedəkli, yarımyedəkli və 30-dan çox yeri olan avtobusun hərəkəti qadağan olundu.