Axalkalakinin Kartikami kəndində reabilitasiya edilmiş yeni məktəb açıldı
Axalkalakinin Kartikami kəndində reabilitasiya edilmiş yeni məktəb açıldı

Aprelin 19-da, Minilliyin Çağırışı fondu tərəfindən, Axalkalaki munisipalitetinin Kartikami kəndində tam şəkildə reabilitasiya edilmiş məktəb açıldı.

Məktəbin açılışında Minilliyin Çağırışı Fondunun Gürcüstanın icraçı direktoru  Maqda Mağradze, Amerika Səfirinin səlahiyyətlərinin icraçısı Elizabet Rud və Təhsil Nazirinin müavini Teymuraz Murğulia iştirak edəcəklər.

Hazırda Samtsxe-Cavaxeti regionunda tam reabilitasiya edilmiş və təbiəti öyrədən laboratoriyası olan 6 məktəb var.

2016-2017- ci illərdə Mtsxeta-Mtianeti, Şida-Kartli, Samtsxe-Cavaxeti və Raça-Leçxumi regionlarında 30 məktəbin tam reabilitasiyası həyata keçirildi.

Paralel olaraq, Kaxeti və Kvemo-Kartlidə regionlarında 30 məktəbin reabilitasiya işləri aparılır.

Minilliyin Çağırışı fondunun ümumi məktəblərin reabilitasiya layihəsinin məqsədi ümumi məktəblərin təhsil mühitinin yaxşılaşdırılması, məktəblərin infrastrukturunun reabilitasiyası, müasir laboratoriyalarla təmin ediməsidir.

Şərh yaz