"Axali Kvira"-nın eksklüzivi - qardaşı övladının qətli üçün yaxalananın ittihamını Rustavi Məhkəməsi ləğv etdi və işi bağladı
"Axali Kvira"-nın eksklüzivi - qardaşı övladının qətli üçün yaxalananın ittihamını Rustavi Məhkəməsi ləğv etdi və işi bağladı

13 yaşlı qardaşı övladının qətli üçün yaxalananın ittihamını Rustavi Məhkəməsi ləğv etdi və işi bağladı, – bu barədə”Axali Kvira” (yeni həftə) verilişi üçün eksklüziv olaraq məlum oldu. Hakim Madona Maysuradze Prokurorluğun vəkalətnaməsini təmin etdi və Valeri İremadze üçün psixiatrik xəstəxanada iki illik məcburi müalicəni təyin etdi.

Hakim qeyd olunan qərarı Samxarauli adına tibbi ekspertiza nəticəsini nəzərə alaraq qəbul etdi. Sənəddə deyilir ki, İremadze cinayəti törədərkən öz hərəkətinə nəzarət edə bilmirdi.

“Axali Kvira” onu da müəyyənləşdirdi ki, fevralın 17-də efirə çıxan reportajdan sonra, DİN sıralarından üç polis işçisini azad etdilər.

Polisin ifadəsində nə yazılıb və Səhiyyə Nazirliyi həkimlərin biganəliyi barəsində hansı qərarı verdi, tamaşaçı üçün ekslklüziv olaraq bu barədə bu gün axşam, saat 21:00-da Gürcüstanın Birinci Kanalının ” Axali Kvira” verilişi efindən məlum olacaq.