Achara Hökuməti, Tsablana kəndində fəlakət nəticəsində zərər görən 219 ailəyə əlavə təzminat olaraq 1 095 00 lari  ayırdı
Achara Hökuməti, Tsablana kəndində fəlakət nəticəsində zərər görən 219 ailəyə əlavə təzminat olaraq 1 095 00 lari ayırdı

 

Achara Hökuməti, Xuloda Tsablana fəlakətindən zərər görən 219 ailəyə əlavə təzminat olaraq 1 095 00 lari ayırdı. Zərərçəkmiş ailələrə 2019-cu ildə Batumidə yeni tikilmiş binada ev verildi, lakin onlar mənzillərin yaxşılaşdırılmasını tələb edirdilər və bu səbəbdən seçkilərdə iştirak etməkdən imtina etdilər.

Achara Muxtar Respublikasının inzibati sərhədləri daxilində fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün Qarışıq Hökumət Komissiyasının tövsiyyəsi və Achara Hökumətinin sədri Tornike Rijvadzenin qərarı ilə, Achara Hökumətinin Rezerv Fondundan , Xulo Munisipalitetinin Tsablana kəndində baş verən fəlakət nəticəsində zərər görən 219 ailəyə bir dəfəlik 5000-5000 lari ayrıldı . Pul mənzillərin abadlaşdırılmasına sərf ediləcək.

 Achara Hökumətinin qərarı, Achara Səhiyyə və Sosial Müdafiə nazirinin birinci müavini, Ramaz Jincharadze və Xulo Munisipalitetinin meri Vaxtanq Beridze tərəfindən Tsablani kəndi və Tsabliani əhalisinə yerindəcə təqdim edilib.

“Fəlakətdən zərər çəkmiş ailələr bir müddətdir maddi yardım istəyirlər. Hökumət onların tələbini nəzərə aldı və yaxın günlərdə məbləği alacaqlar” -deyə nazirin birinci müavini Ramaz Jincharadze bildirib.

1989-cu ilin 19 aprelində Tsablanada torpaq sürüşməsi kəndi cənginə aldı, üçü uşaq olmaqla 23 nəfər həlak oldu və 200-dən çox insan evsiz qaldı.