Acarıstanın Səhiyyə Naziri vəzifəsinə Nino Nijaradze təyin edildi
Acarıstanın Səhiyyə Naziri vəzifəsinə Nino Nijaradze təyin edildi

Acarıstanın Səhiyyə Naziri vəzifəsinə Nino Nijaradze təyin edildi.

Nazirlər kabinetinin yeni üzvünü bugün Acarıstan iqtidarının sədri Tornike Rijvadze hökümət iclasında təqdim etdi.

“Nino Nijaradze covid-19-la mübarizə dövründə özünü bir professional kimi göstərdi və iqtidarımız üçün əhəmiyyətli kadr olacaq” – dedi Tornike Rijvadze.

Nazir postuna qədər Nini Nijaradze Acarıstan Səhiyyə Nazirinin birinci müavini idi.

Yeni nazirin təyin edilmə məsələsi, qüvvədə olan nazir Zaal Mikeladzenin Kobuleti majoritar deputat namizədi olduğundan sonra irəli sürüldü.