Acarada yeddi pasiyentin sağlamlıq vəziyyəti kritik olaraq ağırdır
Acarada yeddi pasiyentin sağlamlıq vəziyyəti kritik olaraq ağırdır

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 13  yeni halı aşkar edildi, 119 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 33 62-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən yeddisinin vəziyyəti kritikdir. Cəmi klinikada 280, kovid-mehmanxanada 252 və onlayn klinikada 621 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 41 pasiyent klinikanı artıq tərk etdi.