Acarada son 24 saat ərzində koronavirusdan 94 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 64 yeni halı aşkar edildi, 94 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 31 961-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən 21-nin vəziyyəti kritikdir. Cəmi klinikada 371, kovid-mehmanxanada 262 və onlayn klinikada 895 pasiyent müalicə olunur.