Acarada koronavirusun yeddi yeni halı aşkar edildi
Acarada koronavirusun yeddi yeni halı aşkar edildi

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun yeddi yeni halı aşkar edildi, 14 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 398-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən altısının vəziyyəti kritikdir. Cəmi klinikada 146, kovid-mehmanxanada 88 və onlayn klinikada 145 pasiyent müalicə olunur.