Acarada koronavirusun yeddi yeni halı aşkar edildi, 20 pasiyent müalicə olunaraq sağaldı
Acarada koronavirusun yeddi yeni halı aşkar edildi, 20 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun yeddi yeni halı aşkar edildi, 20 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 626-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən dördünün vəziyyəti kritikdir. Cəmi klinikada 125, kovid-mehmanxanada 36 və onlayn klinikada 98 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 11 pasiyent klinikanı tərk etdi.