Acarada koronavirusun bir yeni halı aşkar edildi
Acarada koronavirusun bir yeni halı aşkar edildi

Acarada koronavirusa yoluxanların sayı artdı. Virusa yoluxan 51 yaşlı kişidir.

Acara İctimai Sağlamlıq Mərkəzində bəyan etdiklərinə görə, kişi güman edildiyinə görə, virusa yük avtomobilinin sürücüsündən yoluxdu. Yoluxma kontaktlarının axtarılması həyata keçirilir.

İctimai Sağlamlıq Mərkəzinin direktor müavini, Nona Epadzenin dediyinə görə, pasiyentin sağlamlıq vəziyyəti sabitdir.

Ümumilikdə, Batumi Respublika Xəstəxanasında koronavirusa yoluxan 16 pasiyent müalicə olunur, buradan bir pasiyentin sağlamlıq vəziyyəti ağırdır.