Acarada koronavirusun 62 yeni halı aşkar edildi

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 62 yeni halı aşkar edildi, 100 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 32 826-a çatdı.

Son 24 saat ərzində klinikanı 25 pasiyent tərk etdi.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, cəmi klinikada 363, kovid-mehmanxanada 278 pasiyent müalicə olunur.

11 yanvar göstəricilərilə, Gürcüstanda koronavirusun 551 yeni halı qeydə alındı, 880 pasiyent sağaldı.