Acarada koronavirusun 53 yeni halı aşkar edildi, 34 pasiyent müalicə olunaraq sağaldı
Acarada koronavirusun 53 yeni halı aşkar edildi, 34 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 53 yeni halı aşkar edildi, 34 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 34 786-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən altısının vəziyyəti kritikdir. Cəmi klinikada 171, kovid-mehmanxanada 98 və onlayn klinikada 229 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 21 pasiyent klinikanı tərk etdi.