Acarada koronavirusun 27 yeni halı aşkar edildi, 11 pasiyent sağaldı
Acarada koronavirusun 27 yeni halı aşkar edildi, 11 pasiyent sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 27 yeni halı aşkar edildi, 11 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 36 016-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 152, kovid-mehmanxanada 46 və onlayn klinikada 139 pasiyent müalicə olunur.

Gürcüstanda son 24 saat ərzində koronavirusun 365 yeni halı qeydə alındı, 415 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan beş pasiyent vəfat etdi.