Acarada koronavirusun 15 yeni halı aşkar edildi, 59 pasiyent müalicə olunaraq sağaldı
Acarada koronavirusun 15 yeni halı aşkar edildi, 59 pasiyent müalicə olunaraq sağaldı

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 15 yeni halı aşkar edildi, 59 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 34 752-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən dördünün vəziyyəti kritikdir. Cəmi klinikada 209, kovid-mehmanxanada 94 və onlayn klinikada 226 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 19 pasiyent klinikanı tərk etdi.