Acarada koronavirusun 11 yeni halı aşkar edildi
Acarada koronavirusun 11 yeni halı aşkar edildi

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 11 yeni halı aşkar edildi, 11 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 916-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 108, kovid-mehmanxanada 38 və onlayn klinikada 107 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan dörd pasiyent klinikanı tərk etdi.